Prysmian kabellərinin saxtasını necə fərqləndirmək olar?

Saxta kabel təkcə pul itkisi deyil, həm də ciddi yanğın riskidir. Tam zəmanət üçün orijinal Prysmian kabellərini Azərbaycanın rəsmi distribütoru olan və müvafiq sertifikatlar  təqdim edən Hilal Elektrik-dən təmin edə bilərsiniz.

Orijinal məhsulu tanımaq üçün aşağıdakı məqamlara diqqət yetirin:

  • Lazer və ya Qabarıq Markalanma: Orijinal kabellərin üzərindəki markalanma silinməzdir, metraj dəqiqdir və hər bir rulonun uyğunluq sertifikatı (CE, ISO) olmalıdır.
  • Mis Miqdarı və Keyfiyyəti: Prysmian kabellərində yüksək saflıqda misdən istifadə olunur. Saxta kabellərdə istifadə olunan mis miqdarı normadan xeyli aşağıdır. Keyfiyyət fərqini görmək üçün 1 metrlik Prysmian kabeli ilə digər markaları dəqiq tərəzidə çəkməyiniz kifayətdir; çəki fərqi keyfiyyətin əsas göstəricisidir.
  • İzolyasiya Qalınlığının Simmetriyası: Prysmian kabellərində mis üzərindəki izolyasiya materialı çox möhkəmdir və yüksək qorunma təmin edir. Saxta kabellərdə isə izolyasiya qatı çox zəifdir və asanlıqla qopub çıxa bilər. Həmçinin, saxta məhsullarda izolyasiya bir tərəfdə nazik, digər tərəfdə qalın ola bilər ki, bu da yüksək gərginlik zamanı kabelin partlamasına (yanmasına) səbəb olur.
  • Metraj Dəqiqliyi: Orijinal kabellərdə metraj işarələri hər metrədə bir təkrar olunur və 100 və ya 500 metrlik bir rulonda səhv payı demək olar ki, sıfırdır. Saxta kabel istehsalçıları qablaşdırma və ya makara üzərində qeyd olunan uzunluqdan daha az məhsul qoyurlar. Məsələn, 100 metr deyə aldığınız kabel əslində cəmi 90 metr ola bilər.

Aldanmamaq üçün alış zamanı məhsulun çəkisini, izolyasiya keyfiyyətini və uzunluğunu mütləq yoxlayın.c

Əlaqəli yazılar