
Hilal Ana Paylayıcı Panel
Sualınız varsa, bizə zəng edin!
- +994 50 444 60 43
Məlumatlar
Ana paylayıcı panellər; sənaye müəssisələrində, ticarət mərkəzlərində, kommersiya qurumlarında, xəstəxanalarda və istehsalat emalatxanalarında yüksək gərginlikli enerjini aşağı gərginlik səviyyəsinə çevirir və müvafiq sahələrə paylayır.
Üstünlükləri
-
Səmərəli Bölüşdürmə: Bina və ya qurğu daxilində elektrik enerjisinin düzgün və nizamlı şəkildə paylanmasını təmin edir.
-
Mərkəzi İdarəetmə: Elektrik enerjisinin tək bir nöqtədən idarə olunması, lazım gəldikdə müdaxilə edilməsi və fasiləsiz istifadənin təmin edilməsi baxımından vacibdir.
-
Monitorinq və Texniki Qulluq: Panel üzərindən daimi izləmə aparılaraq, lazımi profilaktik baxış və təmir işləri asanlıqla həyata keçirilə bilər.
-
Yüksək Təhlükəsizlik: Sızma cərəyanı, qısaqapanma və ya digər elektrik nasazlıqları zamanı maksimum təhlükəsizlik təmin edir.
Ana paylayıcı panelin daxilində açarlar, kəsicilər (avtomatlar), qoruyucular və bir çox digər mühafizə cihazları yer alır.
“Hilal Elektrik” tərəfindən layihənizə uyğun mühəndislik xidməti göstərilməklə sizə özəl ana paylayıcı panellərin istehsalı həyata keçirilir. İstehsal prosesində materiallar yüksək beynəlxalq standartlara uyğun olaraq seçilir.



