
Hilal GES Paneli
Sualınız varsa, bizə zəng edin!
- +994 50 444 60 43
Məlumatlar
Günəş Enerji Sistemlərində istifadə olunan panellər GES Əsas Paneli və GES Sahə Paneli olmaqla iki növə ayrılır.
Günəş panellərində istehsal olunan elektrik enerjisi əvvəlcə invertor vasitəsilə dəyişən cərəyana çevrilir və günəş paneli qruplarının yaxınlığında yerləşdirilən Sahə Panellərində toplanır. GES Sahə Panellərində hər bir günəş paneli qrupundan gələn enerji; qoruyucu (sigorta), sızma cərəyanı relesi və parafudr vasitəsilə mühafizə olunur. Bu panellər açıq sahədə istifadə edildiyi üçün xarici tip (outdoor) olaraq istehsal edilir.
Sahə panellərindən gələn enerji transformatorun yaxınlığında yerləşən GES Əsas Panelinə ötürülür. GES Əsas Panelində də lazımi mühafizə, nəzarət və ölçü əməliyyatları yerinə yetirilərək enerji transformatora ötürülür.
GES panellərinin layihələndirilməsi və istehsalı “Hilal Elektrik” mütəxəssis heyəti tərəfindən dünya standartlarına tam uyğun şəkildə həyata keçirilir. İstehsal prosesində materiallar yüksək beynəlxalq standartlara uyğun olaraq seçilir.



