
Hilal Kompensasiya Paneli
Sualınız varsa, bizə zəng edin!
- +994 50 444 60 43
Məlumatlar
Sənaye müəssisələri və kommersiya binalarının elektrik şəbəkələrində aktiv və reaktiv güclər müəyyən nöqtələrdə formalaşır. Reaktiv güc transformator, mühərrik və ya işıqlandırma sistemlərinin işi zamanı yaranır. Bu güc həddindən artıq yüksəldikdə enerji itkisinə və yüksək elektrik xərclərinə səbəb olur. Reaktiv gücün azaldılması və bu mənfi halların qarşısının alınması üçün kompensasiya paneli tələb olunur.
Üstünlükləri
-
Enerji Qənaəti: Müəssisələrin istehlak etdiyi aktiv enerjinin yüksək səmərəliliyi təmin edilir və elektrik xərcləri azaldılır.
-
Avadanlıq Səmərəliliyi: Transformatorların daha yüksək yüklənmə ilə işləməsinə imkan yaradır.
-
Enerji Keyfiyyəti: Sistemi və avadanlıqları qəfil gərginlik dalğalanmalarına qarşı qoruyur.
-
Sistem Təhlükəsizliyi: Ani yük dəyişiklikləri zamanı kabellərdə yarana biləcək qızmaların və enerji itkilərinin qarşısını alır.
Tərkibi
-
Kontaktorlar
-
Kondensatorlar
-
Birləşdirici keçid elementləri
-
Qoruyucular (Sigortalar)
-
Voltmetr və ampermetr və ya multimetr (Müasir panellərdə artıq ayrı-ayrı cihazlar yerinə multimetrə üstünlük verilir)
-
Avtomat açarlar (Şalterlər)
-
Mis şinlər (Baralar)
-
Kosinusfimetr
-
Reaktiv gücün tənzimlənməsi relesi
“Hilal Elektrik” tərəfindən layihənizə uyğun mühəndislik xidməti göstərilməklə kompensasiya panellərinin istehsalı həyata keçirilir. Bütün materiallar yüksək beynəlxalq standartlara uyğun olaraq seçilir və istehsal prosesi peşəkar səviyyədə tamamlanır.



