
Hilal Mərtəbə Paylayıcı Panel
Sualınız varsa, bizə zəng edin!
- +994 50 444 60 43
Məlumatlar
Mərtəbə paylayıcı paneli, binanın hər mərtəbəsində quraşdırılır və ana paylayıcı paneldən gələn elektrik enerjisini otaqlardakı rozetkalara, işıqlandırma sistemlərinə və elektrikli cihazlara paylayır.
Üstünlükləri
-
Paylanma: Ana paneldən gələn elektriki mərtəbə daxilindəki sahələrə (işıqlandırma, rozetka, güc xətləri və s.) təhlükəsiz şəkildə ötürür.
-
Təhlükəsizlik: Qısaqapanma və həddindən artıq yüklənmə kimi hallarda dövrəni avtomatik kəsərək, elektrik infrastrukturunu və avadanlıqları qoruyur.
-
Nəzarət: Təmir və texniki qulluq zamanı mərtəbə daxilindəki elektrik dövrələrinin açılıb-bağlanması və idarə olunması üçün mərkəzi nöqtə funksiyasını yerinə yetirir.
Tərkibi
-
Giriş açarı (Şalter)
-
Ana şin (Bara)
-
Avtomat açarlar
-
Qoruyucular (Sigortalar)
-
Ölçü cihazları
-
Torpaqlama sistemi
“Hilal Elektrik” tərəfindən layihənizə uyğun mühəndislik xidməti göstərilməklə mərtəbə paylayıcı panellərinin istehsalı həyata keçirilir. İstehsal prosesində bütün materiallar yüksək beynəlxalq standartlara uyğun olaraq seçilir.



