Prysmian NHXMH 3X1,5 Yanmayan Kabel

Kateqoriyalar: ,

Sualınız varsa, bizə zəng edin!

Məlumatlar

NHXMH 3X1,5
Çox damarılı, incə çox telli mis keçiricili, xüsusi sintetik izolyasiyalı, xüsusi doldurma qatlı, xüsusi sintetik xarici örtüklü, alovu yaymayan, halojensiz enerji kabelləridir.

İstifadə olunduğu sahələr: Otellər, xəstəxanalar, alış-veriş mərkəzləri, enerji stansiyaları və məlumat işləmə mərkəzləri, həmçinin relsli sistemlər və ictimai nəqliyyatın həyata keçirildiyi, çox sayda insanın və dəyərli avadanlığın olduğu yanğın təhlükəli obyektlərdə istifadə olunurlar. Bu kabellər yanğın zamanı alovu yaymır, qalın tüstü qatının yaranmasının qarşısını alır və korroziyaya səbəb ola biləcək mühit yaratmır, beləliklə can və mal təhlükəsizliyini təmin edir.

  • TSE K 328 standartına uyğun olaraq istehsal olunurlar.

  • İcazə verilən iş temperaturu: 90 ºC

  • Maksimum qısaqapanma temperaturu: 250 ºC

  • Keçirici quruluşu: Sərt

  • LS (Aşağı tüstü) testi: IEC 61034-1/2

  • Yanan damlacıq testi: IEC 60332-1-3

  • HF (Halojensiz) testi: IEC 60754 1/2

  • FR (Alova davamlılıq) testi: IEC 60332-1-2 və IEC 60332-3-24 Cat.C

  • CPR (Tikinti Materialları Haqqında Tənzimləmə) testi: EN 50399

Bakı şəhər daxili ödənişsiz çatdırılma

Sərfəli qiymətlər

7/24 Online dəstək

Rəsmi və güvənli distribütor

Əlaqəli məhsullar